Xəbərlər
Ən Son Xəbərlər və Bloqlar
9 dekabr 2025-ci il tarixində əməkdaşlarımız Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” mövzusunda elmi-praktiki beynəlxalq konfransda iştirak ediblər. Konfrans ümumi təhsildə keyfiyyətin artırılması istiqamətində islahatların, beynəlxalq təcrübələrin və yeni yanaşmaların müzakirəsinə həsr olunub.Konfrans çərçivəsində London Universitet Kollecinin (UCL) Təhsil Liderliyi və İdarəedilməsi üzrə dosenti Devid Qodfrey “Peşəkar inkişaf və məktəb inkişafı üçün birgə öyrənmə” mövzusunda, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev isə “Metodik dəstək – keyfiyyətin yüksəldilməsi aləti kimi” mövzusunda məruzə ilə çıxış edib. Məktəb İnspektorluqlarının Daimi Konfransının (SİCİ) inkişaf üzrə rəhbəri Erik De Bou inspeksiya prosesində aydın çərçivə və inkişafyönümlü ünsiyyətin məktəb inkişafına verdiyi töhfələrdən bəhs edib.Konfransın əsas məruzəçiləri sırasında yer alan əməkdaşımız Aysel Əzimova “Azərbaycanda məktəb liderliyi praktikalarının formalaşmasında keyfiyyət monitorinqlərinin rolu” mövzusunda çıxış edib. Məruzədə məktəb liderliyinin əhəmiyyəti, beynəlxalq elmi yanaşmalar, Azərbaycanda aparılan keyfiyyət monitorinqləri, monitorinq nəticələrinin məktəb liderliyinə təsir mexanizmləri, eləcə də mövcud çətinliklər və mümkün həll yolları təqdim olunub.Konfrans panel müzakirələri və vörkşoplarla davam edib. Əməkdaşımız Aysel Əzimovanın moderatorluğu ilə keçirilən panel müzakirələrdə keyfiyyət mədəniyyətinin formalaşdırılması və dayanıqlı inkişaf yanaşmaları üzrə müzakirələr aparılıb. Vörkşoplar çərçivəsində məktəblərarası əməkdaşlıqda birgə öyrənmə, inkişafyönümlü ünsiyyət və motivasiya, eləcə də milli qiymətləndirmə nəticələrindən istifadəyə dair müzakirələr və praktiki fəaliyyətlər həyata keçirilib.
“Komanda quruculuğu” istiqamətində tədbir həyata keçirilib.
29 noyabr tarixində “Peşəkar Təlim və İnkişaf Mərkəzi”-nin əməkdaşları üçün “Komanda quruculuğu” təşkil olunub.Tədbirin keçirilməsinin əsas hədəfi əməkdaşların iş mühitindən kənarda bir-biri ilə daha səmimi və produktiv ünsiyyət qurmasına şərait yaratmaq idi. Bununla yanaşı, komanda daxilində həmrəyliyin artırılması, qarşılıqlı dəstək və əməkdaşlıq mühitinin gücləndirilməsi, eləcə də motivasiya və komanda mədəniyyətinin inkişaf etdirilməsi nəzərdə tutululmuşdur.Mərkəzin direktoru Nəcməddin Mehtiyev çıxışı ilə tədbiri açaraq, iştirakçıları aktiv olmağa və oyunlarda fəal şəkildə iştirak etməyə təşviq edib.Tədbir çərçivəsində təşkil olunan intellektual komanda oyunu proqramın dinamikliyini artıraraq iştirakçılara əlavə motivasiya verib. Təşkil olunan stolüstü aktiv oyunlar əməkdaşların böyük marağına səbəb olaraq onların yüksək fəallıqla iştirakını təmin etmişdir. Tədbir müddətində əməkdaşlar müxtəlif oyunlarda öz bacarıqlarını nümayiş etdirərək həm əyləndilər, həm də sağlam rəqabət mühitində bir-biriləri ilə yarışdılar. Bu fəaliyyətlər komanda ruhunun gücləndirilməsinə və əməkdaşlar arasında qarşılıqlı ünsiyyətin artırılmasına mühüm töhfədir.
Məktəbəqədər təhsil müəssisələrində öyrədici mühitin təşkili mövzusunda təlimlər
Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) sifarişi ilə Peşəkar Təlim və İnkişaf Mərkəzi (PTİM) tərəfindən “Məktəbəqədər təhsil müəssisələrində öyrədici mühitin təşkili” mövzusunda 24 akademik saatlıq ixtisasartırma təlimləri təşkil olunub.Təlimlərin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində öyrənmə mühitinin keyfiyyətinin artırılması, pedoqoji prosesin səmərəli təşkili və tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dəstək göstərməkdir.Təlim proqramı çərçivəsində iştirakçılar aşağıdakı mövzular üzrə nəzəri və praktik biliklərə yiyələnmişdir:• Uşaqmərkəzli öyrənmə yanaşmasının mahiyyəti;• Öyrənmə prosesinin mərhələlərinin (hazırlıq, icra, nəticənin təhlili) tətbiqi;• Təhsil prosesinin iştirakçılarının rollarının onların hüquq və vəzifələrinə uyğun müəyyənləşdirilməsi;• Fəaliyyətlərarası keçidlərin sistemli və məzmunlu təşkili;• Öyrənmə prosesinin keyfiyyətinin ölçülməsi;• İnklüziv yanaşmanın tətbiqi və əhəmiyyəti.Təlimlər iştirakçıların peşəkar inkişafına töhfə verməklə yanaşı, məktəbəqədər təhsil müəssisələrində öyrədici mühitin daha yüksək səviyyədə qurulmasına dəstək olmağı hədəfləyir.
Təlim Kateqoriyası
Populyar Kateqoriyalar
HAQQIMIZDA
“Peşəkar Təlim və İnkişaf Mərkəzi” 2015-ci ilin avqust ayında fəaliyyətə başlayıb. Mərkəz Böyük Britaniyanın Kembric Universitetinin bir hissəsi olan Cambridge Assesment English təşkilatının Azərbaycandakı rəsmi nümayəndəliklərindən biridir. Cambridge Assesment English təşkilatı dünyanın 131 ölkəsində ingilis dilinin tədrisi və mənimsənilməsi üzrə beynəlxalq imtahanların keçirilməsi ilə məşğuldur. Bu təşkilatın verdiyi sertifikatlar dünyanın bir çox ölkələrində 10 mindən çox təhsil müəssisələri və iş yerləri tərəfindən tanınır.
Təlimlər
Sizlərdən gələnlər



Hətta təcrübəli müəllimlər də tədris prosesini daha effektiv və yaradıcı etmək üçün Celta-da bir çox yeni bacarıqlar öyrənə bilərlər.

